Rusiya nazirliyindən AÇIQLAMA: Rusiya ən yeni raket sistemlərini sərhədə yerləşdirirbackend

Rusiya nazirliyindən AÇIQLAMA: Rusiya ən yeni raket sistemlərini sərhədə yerləşdirir

Rusiya Çinlə sərhəd xəttindəki Şərqi Hərbi Bölgədə hərbi mövqelərini möhkəmləndirəcək.
Hokm.az xəbər verir ki, bölgəyə yerləşdirilən 4 təyyarə əleyhinə raket batareyası “S-400” və “Buk-M1-2” hava hücumundan müdafiə sistemləri ilə dəyişdiriləcək.
Bu barədə ölkənin Müdafiə naziri Sergey Şoyqu danışıb.
İlin sonuna qədər bölgəyə 500 yeni hərbi texnika cəlb olunacağına işarə edən nazir gələn il Şərqi Hərbi Bölgədə texnika və infrastruktura sərmayə qoyulacağını qeyd edib: “Şərq bölgələrində hərbi-siyasi vəziyyət gərgin olaraq qalır. Meydana gələn təhdidləri zərərsizləşdirmək üçün müxtəlif tədbirlər hazırlanır”.

Rusiyanın 5 əsas hərbi bölgəsindən biri olan Şərqi Hərbi Bölgənin mərkəzi ölkənin Çinlə sərhədindən 30 km məsafədə yerləşir.

  •  (0)
  •  (0)