Rusiya Müdafiə Nazirliyi Qarabağdakı vəziyyətlə bağlı məlumat yaydıbackend

Rusiya Müdafiə Nazirliyi Qarabağdakı vəziyyətlə bağlı məlumat yaydı

Rusiya Federasiyasının sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir.

Hokm.az xəbər verir ki, sülhməramlılar 27 müşahidə məntəqəsində atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, atəşkəs bütün təmas xəttində müşahidə olunur.

Müşahidə məntəqələri hərbi personalı atıcı silahlardan və qəlpələrdən qorumaq üçün hazırlanmış istehkamlarla təchiz olunub.

Bir gündə 28 erməni Ermənistandan Dağlıq Qarabağa qayıdıb.

Ümumilikdə, 14 noyabr 2020-ci ildən bəri 52 659 nəfər Dağlıq Qarabağdakı yaşayış yerlərinə geri dönüb.

  •  (0)
  •  (1)