Rusiya müdafiə nazirinin müavini Xankəndidə – Bulqakov Azərbaycanın razılığını niyə almayıb?backend

Rusiya müdafiə nazirinin müavini Xankəndidə – Bulqakov Azərbaycanın razılığını niyə almayıb?

Rusiya müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakov Qarabağda olub, Xankəndidə sülhməramlılar üçün inşa edilmiş blok-modul şəhərciyinin açılışında iştirak edib. Rus general açılışda bunu deyib: “25 belə qəsəbənin avadanlıqlarını tamamlayırıq, istismara vermə və tənzimləmə işləri davam edir. 5 aprel tarixindən gec olmayaraq hər şey istifadəyə veriləcək, yəni bütün sülhməramlılarımız təchiz ediləcək”. Həmçinin vurğulanıb ki, Rusiya müdafiə naziri Sergey Şoyqunun qərarı ilə Dağlıq Qarabağda səyyar xəstəxana tikilir.
Sfera.az-ın məlumatına görə, bununla bağlı politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya müdafiə nazirinin müavini Xankəndiyə gəlməmişdən öncə Bakıya gəlməli, azərbaycanlı həmkarıyla görüşməli və Dağlıq Qarabağa səfərinin məqsədini bəyan etməli idi:

“O da izah olunmalı idi ki, 10 noyabr bəyanatında rusiyalı hərbçilərin Dağlıq Qarabağda sayı 1960 nəfər göstərildiyi halda, Dağlıq Qarabağda hərbi şəhərciklərin sayı niyə artır? Normalda rusiyalı general Xankəndidə açılışlar edərkən yanında Azərbaycanın müdafiə nazirinin müavini də dayanmalı idi”.

Politoloq Məhəmməd Əsədullazadə məsələ ilə əlaqəli qeyd edib ki, Rusiya müdafiə nazirinin muavini Bulqakovun Xankəndiyə səfəri ilk nöbədə Azərbycanın razılığı ilə olmalıdır:
“Ümumiyyətlə, Rusiya tərəfi məhz Azərbayacanın razılığı ilə burada sülhməramlı misisyada iştirak edir. Amma Rusiya tərəfi elə bir siyasət ortaya qoyur ki, Qarabağda fəaliyyətində müstəqil siyasət aparır. İlk növbədə Rusiyanın burada atdığı addımlar Azərbaycanla razılaşdırılmaldır.
Rusiya 1960 nəfərdən ibarət olan şəxsi heyəti üçün şəhərciklər inşa edir. Və bunların açılışına Rusiya müdafiə naziri qatılır. Qeyd edim ki, Rusiyanın müdafiə naziri Bulqakovun xüsusi missiyası mübahisəli regionalara səfər etmək və prosesləri qızışdırmaqdan ibarətdir. Onun Qarabağa gəlişi sıradan bir açılış lentini kəsmək deyil. Görünür, Rusiya burada yeni hədəfləri var və Rusiya -Türkiyə əlaqələrinin Suriyada gərgin mərhələyə keçidi fonunda Qarabağa belə bir səfəri ciddi hadisədir. Azərbaycan prosesləri diqqətlə izləməli, Rusiyanın burada öz silahlı qüvvələrinin artırılmasına imkan verməməlidir”.

M.Əsədullazadə həmçinin bildirib ki, Qarabağadakı şəhərciklərin bir qismində silahlı erməni birləşmələrinin istifadəsinə verilməsi mümkündür: “Azərbaycan Xankəndi və ətrafında Rusiyanın artan hərbi imkanlarına qarşı kompleks tədbirlər görməlidir. Prezident İlham Əliyev də Rusiyanın sülhməralı siyasətindən narazıdır. Rusiya Qarabağda fəaliyyətini inkişaf etdirməklə, bütövlükdə sülh və təhlükəsizliyi təhdid edəcək”.

  •  (0)
  •  (0)