“Rusiya işğal olunmuş 5 rayonun geri qaytarılmasının tərəfdarıdır” – Sergey Lavrovbackend

“Rusiya işğal olunmuş 5 rayonun geri qaytarılmasının tərəfdarıdır” – Sergey Lavrov

“Rusiya tərəfi nizamlama prosesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır”.

Hokm.az Qazet.az-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşündə deyib.

O, yüksək səviyyəli dövlət məmurlarının o cümlədən, Azərbaycanın yeni xarici işlər nazirinin Rusiyaya bu cür səfərləri tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparmaq baxımından çox önəmli olduğunu bildirib.

  •  (0)
  •  (2)