Rusiya ilə Ukrayna əsirləri dəyişdirdibackend

Rusiya ilə Ukrayna əsirləri dəyişdirdi

Ukrayna aprelin 14-də Rusiya ilə əsir mübadiləsi zamanı 22 hərbçini və 8 mülki şəxsi geri qaytarıb.

Hokm.az xəbər verir ki, bu barədə Ukrayna baş nazirin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk öz “Telegram” kanalında məlumat verib.

“Prezident Volodimir Zelenskinin əmri ilə bu gün daha bir dördüncü hərbi əsir mübadiləsi baş tutub”, – o yazıb.

Vereşçuk qeyd edib ki, 5 zabit və 17 sıravi əsgər dəyişdirilib, 1-i qadın olmaqla 8 mülki şəxs azad edilib.”Unikal”

  •  (0)
  •  (0)