“Rusiya ilə razılaşsaq, bu qədər insan boşuna ölmüş olar” – Zelenskibackend

“Rusiya ilə razılaşsaq, bu qədər insan boşuna ölmüş olar” – Zelenski

Ukrayna müharibəni dayandırmaq üçün ərazisinin bir hissəsini Rusiyaya vermək niyyətində deyil. Kreml bununla da dayanmayacaq. 

Hokm.az xəbər verir ki, bunu mayın 2-də Yunanıstanın ERT qəzetinə müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski deyib.

Ukrayna lideri sülhə nail olmaq üçün sərhədlərini dəyişməyə hazır olub-olmaması ilə bağlı suala belə cavab verib: “Dünya buna hazır deyil. Heç birimiz hazır deyilik. Sərhədlərin zorla dəyişdirilməsi məhz baş verənlərdir, əks halda Ukraynanın sərhədləri belə dəyişməz olacaq”.

Zelenski Ukraynanın öz ərazilərini geri qaytaracağını bildirib: “Biz öz ərazi bütövlüyümüzü bərpa etməyə hazırıq. Əks halda, biz Ukrayna torpaqlarının bir hissəsindən imtina etməyə hazırıqsa, bütün bu insanlar boş yerə öldülər. Nə üçün öldülər? Rusiya isə bununla da dayanmayacaq, Krımda dayanmadı. Dayansaq, sadəcə onlara yeni hücuma qədər dincəlmək üçün vaxt vermiş olarıq. İki-üç il? Biz bununla razılaşmırıq”. “Unikal”

  •  (3)
  •  (0)