Rusiya Azərbaycandan üzr istədibackend

Rusiya Azərbaycandan üzr istədi

“Azərbaycan Rusiya aviakompaniyalarına məxsus təyyarələri həbs etməyib”.

Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Nəqliyyat Nazirliyindən bildirilib.

Qeyd olunub ki, martın 22-də Rusiya Federasiyasının nəqliyyat naziri Vitali Savelyevin Federasiya Şurasının iqtisadi siyasət komitəsində çıxışı zamanı səsləndirdiyi məlumat təsadüfən səslənən səhv olub.

“Azərbaycanda Rusiya aviaşirkətlərinin təyyarələri həbs edilməyib. Bu məlumat təsadüfi səhv olub. Azərbaycan Respublikasından olan həmkarlarımızdan üzr istəyirik”, deyə Rusiya Nəqliyyat Nazirliyindən bildirilib.

  •  (0)
  •  (0)