Rusiya Azərbaycana gözdağı verdi: Nəinki Qarabağ, növbə Naxçıvandır// VİDEObackend

Rusiya Azərbaycana gözdağı verdi: Nəinki Qarabağ, növbə Naxçıvandır// VİDEO

Məkrli diplomatın iki üzü…

Bu adamın səfərinin məqsədi nə idi?.. Putinin qocaman diplomatı Sergey Lavrovun İrəvana qəfil səfər etməsi boşuna deyildi…

Rusiya XİN rəhbəri S.Lavrovun 10-11 noyabra təsadüf edən İrəvan səfəri açıq-aşkar Türk Dünyasının iki aparıcı dövlətinə – Türkiyə və Azərbaycana qarşı növbəti tələləri qurmağa hesablanmışdı….

Lavrov İrəvanda həm qondarma “erməni soyqırımı” memorialının önünə əklil qoydu, həm “Qarabağ problemi Dağlıq Qarabağ ermənilərinin razılığı olmadan həll edilə bilməz” tipində qəti hökm verdi, həm Qarabağ probleminin müharibə yoluyla həllinin önünü kəsəcək fikirlər səsləndirdi, həm Türkiyə prezidenti R.T.Ərdoğanın qarşıdakı Amerika səfərinin önünə kötüklər itələdi, həm də Ermənistan-Türkiyə protokolları ilə bağlı olduqca ilginc bir açıqlama verdi və faktiki olaraq ermənilərin “Naxçıvan iştahı”nı dəstəkləmiş oldu.

Sitat:
“2010-cu ildə Sürix protokollarının bağlanmasında həlledici rol oynadıq. Baxmayaraq ki, bu ideyanın şişirdilməsi və xüsusən Dağlıq Qarabağ münaqişəsinin həllindən asılı olmayaraq qüvvəyə minə biləcək gözləntilər barədə xəbərdar etmişdik. Ciddi şübhələrimiz var idi, lakin o vaxtkı erməni həmkarlarımız “yox, yox, belə olacaq, bizə söz verildi” dedilər. Təəssüf ki, Sürix protokollarının taleyini hamınız bilirsiniz”.

Lavrov həmçinin bildirib ki, ” bu ölkələr (Azərbaycan və Ermənistan) arasında müharibə başlayacağına” inanmaq üçün heç bir əsas görmür.

Lavrov “Qarabağ kartı”nı ortaya atmaqla ilk növbədə noyabrın 13-də ABŞ-a səfər edəcək Türkiyə prezidenti Ərdoğanın manevr imkanlarını azltmağa çalışır. Başqa sözlə desək, Moskva Ərdoğanın yenidən ABŞ-la yaxınlaşmasını istəmir. Odur ki, Ərdoğan buna cəhd edərsə, Kreml “Qarabağ kartı”ndan istifadə etməklə Ərdoğana pis sürprizlər hazırlaya bilər.

Lavrov İrəvanda həmçinin Azərbaycanın Qarabağ problemini hərbi yolla həll etmək variantının üərindən xətt çəkən açıqlamalar verdi və bu dəfə “Naxçıvan kartı”nı ortaya atdı.

Sitat:
“Ermənilər artıq bölgə ilə bağlı gələcək planlarını bu şəkildə bəyan edə bilər. Xüsusilə, Azərbaycan prezidenti İlham Əliyevin “Zəngəzurun Ermənistana verilməsi türk dünyasında coğrafi parçalanmaya səbəb oldu” ifadəsinə cavab olaraq, Naxçıvanın Azərbaycana təhvil verilməsi ilə Ermənistanın regional kommunikasiyalardan kənarda qaldığını söyləyə bilər”.

Lavrovun bu açıqlamaları əslində Türkiyəyə və Azərbaycana qarşı tələ və şantajdan xəbər verir. Əgər Türkiyə-ABŞ münasibətləri düzəlməyə doğru gedərsə, Qarabağ məsələsi Türkiyəyə qarşı şantaj kimi isifadə edilə bilər. Torpaqlarımızı şğal altında saxlamaq onların əlində Türkiyəyə və Azərbaycana qarşı daimi şantaj və təhdid vasitəsidir və Lavrovun bu səfəri zamanı səsləndirdiyi fikirlər də Türkiyə və Azərbaycana xəbərdarlıq xarakteri daşıyırdı.

Bu adam Rusiya tarixinin gəlmiş-getmiş XİN rəhbərləri arasında ən məkrli və idbar diplomatlarından biri sayılır.

Və davanın konteksti də heç dəyişməyib. Dava Türk Dünyasına qarşı davadır. Türk Dünyası isə hələlik demək olar ki, Azərbaycan və Türkiyədən ibarətdir.

p.s.
Lavrovun bu cür murdar hərəkətindən sonra təbii ki, Azərbaycan və Türkiyə də birlikdə hansısa cavab addımları planlaşdırıb həyata keçirməlidirlər. Cavab üçün variantlar isə kifayət qədər çoxdur.

p.p.s.
Erməni KİV-ləri isə Lavrovun bu səfərini ağızdolusu tərifləyir, gen-bol işıqlandırırlar. Çünki Lavrov ilk dəfədir ki, İrəvanda ermənilərin xeyrinə bu qədər açıq bəyanatlar səsləndirir.

  •  (0)
  •  (0)