Rusiya artıq İrəvana silah verməyəcək – Razuvayevbackend

Rusiya artıq İrəvana silah verməyəcək – Razuvayev

Sabah Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü baş tutacaq. Pandemiya turizmə əsaslanan Ermənistan iqtisadiyyatına ciddi zərbə vurdu. Aydındır ki, görüşün əsas mövzularından biri qaz qiymətləri olacaq.

Hokm.az xəbər verir ki, bu barədə axar.az-a açıqlamasında tanınmış rusiyalı ekspert Aleksandr Razuvayev deyib.

“Qazprom” üçün Ermənistan bazarı prinsipial deyil. O, çox kiçikdir. Amma əsas amil əlbəttə ki, silahdır. Rusiya silah ixracı üzrə dünyada 2-ci yeri tutur, ölkənin orta illik satış həcmi 15 milyard dollardır. Sifariş portfeli isə 60 milyard dollar təşkil edir. Birinci yerdə ABŞ-dır, lakin NATO ölkələri könüllü-məcburi olaraq Amerika silahlarını almalıdırlar. Rusiyaya gəldirkdə, o, silah bazarında yalnız kommersiya əsasında işləyir”, – o bildirib.

Ekspertin sözlərinə görə, Rusiyanın Ermənistana silah ixracı ilə bağlı 2 problemi var: “Azərbaycanla baş tutan münaqişə göstərdi ki, ermənilər zəif döyüşçüdür və Rusiya silahı onların əlində anti-reklama çevirilir. Ən əsası odur ki, erməni xəzinəsində pul yoxdur. Yəni İrəvan Moskvadan pulsuz silah istəyəcək. Xəzinədən başqa, Rusiya, Fransa və ABŞ-da biznes quran erməni oliqarxları da var. Onlar niyə atışıb Ermənistana kömək göstərmirlər ki? Zənnimcə, bu, düzgün olardı. Yeri gəlmişkən, əgər Moskva imtina etsə, İrəvan Parisdən pulsuz silah istəyə bilər. Baxaq, cavabları necə olacaq…”

  •  (1)
  •  (0)