“Rus və Ukrayna xalqı qardaşdır, Rusiyanın etdiyi soyqırım deyil” – Makrondan ŞOK AÇIQLAMAbackend

“Rus və Ukrayna xalqı qardaşdır, Rusiyanın etdiyi soyqırım deyil” – Makrondan ŞOK AÇIQLAMA

Fransa Prezidenti Emmanuel Makron Rusiyanın Ukraynaya qarşı müharibəsini soyqırım adlandırmaqdan imtina edib.

Hokm.az bu barədə CNN-ə istinadən xəbər verir.

Fransa Prezidenti imtinasının səbəbini belə açıqlayıb:

“Bu gün belə terminlərlə ehtiyatlı davranardım, çünki bu iki xalq qardaşdır. Mən mümkün qədər bu müharibəni dayandırmağa və sülhü bərpa etməyə çalışıram. Sərt ritorikanın artması isə bu məqsədə xidmət etmir. Ancaq əminliklə deyə bilərəm ki, bu, müharibə cinayətidir. Biz öz torpağımızda – Avropada görünməmiş müharibə cinayətləri şəraitində yaşayırıq”.

Fransa Prezidenti həmçinin iddia edilən hərbi cinayətlərin araşdırılmasında Fransanın Ukrayna ilə əməkdaşlıq etdiyini bildirib:

“Rusiya birtərəfli qaydada son dərəcə amansız müharibəyə başlayıb, Rusiya ordusunun hərbi cinayətlər törətdiyi müəyyən edilib və indi biz cavabdehləri tapmalıyıq”.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Vladimir Putini “dünyanın o tayında soyqırım” törədən diktator adlandırıb. Onu da əlavə edək ki, ötən gün Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiya ordusunun Buçada törətdiyi hərbi cinayətlərin soyqırım anlayışından uzaq olmadığını bildirib.

Xatırladaq ki, Buça qətliamının ardından Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinə zəng edib. Bundan sonra, Polşanın Baş naziri Mateuş Moravetski Makronu sərt tənqid edib və cinayətkarla bazarlıqedilməyəcəyini, mübarizə aparmaq lazım olduğunu bildirib.konkret.az

  •  (1)
  •  (0)