Rus sülhməramlıları Qarabağa yerləşdirilə bilər? – Peskov AÇIQLADIbackend

Rus sülhməramlıları Qarabağa yerləşdirilə bilər? – Peskov AÇIQLADI

Rus sülhməramlıları Qarabağa yalnız münaqişənin hər iki tərəfinin razılığı ilə gətirilə bilər.

Hokm.az publika.az-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov mətbuat konfransında jurnalistin sualını cavablandırarkən bildirib.

Dövlət başçısı Vladimir Putinin Azərbaycan və Ermənistan rəhbərliyi ilə təmasları zamanı Dağlıq Qarabağdakı münaqişə zonasına rus sülhməramlılarını gətirməyi təklif edib-etməməsi sualına cavab verən Peskov bildirib ki, bu qayda dünyadakı bütün münaqişə zonaları üçün keçərlidir.

  •  (0)
  •  (2)