Rus oliqarxların sanksiyalara görə itkilərinin məbləği AÇIQLANDIbackend

Rus oliqarxların sanksiyalara görə itkilərinin məbləği AÇIQLANDI

Avropa İttifaqının sanksiyaları nəticəsində Rusiya oliqarxları və qurumları 12,5 milyard avrodan çox dəyərində lüks yaxtalar, helikopterlər, rəsmlər, daşınmaz əmlak və digər aktivlərə çıxışı itirib.

Hokm.az xəbər verir ki, bu barədə “Die Welt” nəşri Avropa Komissiyasının ədalət üzrə rəsmi nümayəndəsi Kristian Viqand məlumat verib.

“Rusiya oliqarxlarının dondurulmuş aktivlərinin məbləği apreldə 12,5 milyard avrodan çox olub”, – Viqand bildirib.

O, dondurulmuş aktivlərin bu qədər kəskin artımını onunla əlaqələndirib ki, son həftələr xüsusilə Almaniyada rus oliqarxlarına məxsus bir çox obyektlər bloklanıb.

Kanada hakimiyyəti isə Rusiyanın 289 milyon dollardan çox Rusiya aktivini bloklayıb.Redaktor.az

  •  (1)
  •  (0)