Rusiyanın dövlət telekanalı “Rossiya-1” Rusiya prezidenti Vladimir Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı dəhlizdə gözlətməsinin kadrlarını yayıb.
Hokm.az 7NEWS.az-a istinadən xəbər verir ki, telekanal həmin anlarla bağlı hazırladığı reportajda, ekranın küncünə saniyəölçən yerləşdirməklə V. Putinin Ərdoğanı gözlətdiyi vaxtın miqdarını göstərib. Məlum olub ki, Putin Ərdoğanı 1 dəqiqə 55 saniyə dəhlizdə gözlətdikdən sonra qəbul edib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib şəhərində 34 türk əsgərinin şəhid olmasından sonra mart ayının 5-də Moskvaya rəsmi səfər edib. V. Putinlə aparılan danışıqlar nəticəsində İdlibdə atəşkəs qərara alınıb.
“Rossiya-1” telekanalının hazırladığı həmin reportajı təqdim edirik:
















