Rus mediası erməniləri ifşa etdi: “Muzeydəki Tupolevun şəklini yayırlar ki, Azərbaycan PUA-sını vurmuşuq”backend

Rus mediası erməniləri ifşa etdi: “Muzeydəki Tupolevun şəklini yayırlar ki, Azərbaycan PUA-sını vurmuşuq”

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya və İrandan ciddi dəstək almaq üçün xarici siyasət kartını oynamaqda davam edir. Lakin bu günə qədər Paşinyanın cəhdləri özünü doğrultmayıb. 

Hokm.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın nüfuzlu onlayn nəşri olan news.ru-nun analitik materialnda qeyd edilir.

Nəşr yazır ki, “sentyabr döyüşləri”nin əvvəlindən bu günə qədər Paşinyan ən azı iki dəfə Rusiya Prezidenti Vladimir Putinlə əlaqə saxlayıb. Daha sonra isə İranın lideri Həsən Ruhanini köməyə çağırıb. “Buna baxmayaraq, xaricdən dəstək almaq üçün  edilən bütün cəhdlərin nəticəsi olmayıb. Ermənistanın Baş naziri Moskvanın bitərəf qaldığını elan etməyə məcbur oldu”, – məqalədə deyilir.

Daha sonra bildirilir ki, bütün bunlar Ermənistanı Rusiyaya yönəlik addımlar atmağa sürükləyir. Sentyabrın 29-da Nikol Paşinyan Ermənistan nümayəndə heyətinin hərbi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında iştirak etmək üçün Rusiyaya səfərinin ləğvi barədə qərar imzalayıb.

Nəşr qeyd edir ki, xarici dəstəyin olmaması fonunda Ermənistan bəzən qəribə metodlardan istifadə edir. Məsələn, Dağlıq Qarabağ qoşunlarının guya Azərbaycana məxsus  pilotsuz təyyarəni vurduğu barədə məlumatlar yayılmışdı. Sayt cəbhə xəttində olan mənbələrə istinadən yazır ki, əslində söhbət Tupolev dizayn bürosu tərəfindən 1970-80-ci illərdə istehsal olunmuş Tu-143 aparatından gedir. Pilotsuz uçuş aparatları (PUA) üzrə mütəxəssislərdən biri isə nəşrə bildirib ki, Sovet dövründə yaradılan bu cür köhnə Tupolev sistemlərinin hərbi məqsədlər üçün istifadəsi bu gün çətin görünür. Müasir tələblər arasında uyğunsuzluq olduğu üçün bu aparatlar praktiki olaraq əhəmiyyətini itirib.

Bundan təbliğat üçün istifadə edilməsi isə mümkündür. Ermənilər guya bu qabaritli aparatı vurmaqla ictimai rəyə təsir etmək istəyirlər.

PUA üzrə mütəxəssis hesab edir ki, Sovet aparatının Azərbaycanın Hərbi Hava Qüvvələri tərəfindən istifadəsi ehtimalı azdır. “Erməni tərəfinin bu aparatı sadəcə silah anbarından, yaxud muzeydən götürərək döyüş gedən əraziyə qoyduğu istisna olunmur”, – deyə mütəxəssis bildirib.

Nəşr Ermənistanın guya Türkiyəyə məxsus F16 təyyarəsinin vurması barədə məlumata da şübhə ilə yanaşır. Hər halda bu məlumatı təsdiq edən hər hansı foto və video fakt yoxdur. Ermənistandan fərqli olaraq Azərbaycan tərəfi döyüşlərdə əldə etdiyi uğurları təkzibedilməz faktlarla təqdim edir.

  •  (0)
  •  (0)