Ruhi Elçinin evinə getdi: “Sağalması üçün əlimdən gələni əsirgəməyəcəm”backend

Ruhi Elçinin evinə getdi: “Sağalması üçün əlimdən gələni əsirgəməyəcəm”

Tanınmış biznesledi Ruhi Əliyeva qazimiz Elçin Səmədovun yaşadığı Qəbələ şəhərinə gedərək onunla görüşüb.
Hokm.az xəbər verir ki, Ruhi Əliyeva qazi ilə görüşü haqda deyib:
Suqovuşan kəndində baş verən döyüşlər zamanı böyük qəhrəmanlıq göstərərək ağır yaralanmış qazimiz Elçin Səmədovun yaşadığı Qəbələ şəhərinə gedərək onunla görüşdüm. Elçinin səhhətində olan problemlər məni çox narahat etdiyindən onun müalicəsini həyata keçirməyi özümə mənəvi borc bildim. Hər daim Elçinin və Qəbələ şəhərindəki digər qazilərimizin yanında olan Qəbələ rayon İcra Hakimiyyəti başçısı Səbuhi müəllimin (Səbuhi Abdullayev red.) və onun müavini Arif (Arif Allahverdiyev red.) müəllimin qazimizə olan doğma münasibəti və qayğısı məni çox sevindirdi. Dövlətimiz hər zaman olduğu kimi daim hər bir qazimizin və şəhid ailəsinin yanındadır.
Ruhi Əliyeva deyib ki, Elçinin sağlamlığına qovuşması üçün hər şey edəcək:
“Cənab Prezidentin bu sahədə verdiyi tapşırıqlar ən yüksək səviyyədə icra olunur. Elçinə Qəbələ şəhərinin mərkəzində 3 otaqlı mənzilin verilməsi, həmçinin ailəsinə maddi yardımların edilməsi də məni çox sevindirdi. Mən də bir Azərbaycan vətəndaşı kimi üzərimə düşən vəzifəni sonadək yerinə yetirəcəm. Mənim üzərimə düşən vəzifə isə Elçinin tez bir zamanda sağlamlığına qovuşmasına yardım etməkdir. Lakin bir faktı da nəzərinizə çatdırıram ki, Elçinin hərbi qulluqçu olmasını nəzərə alınaraq, onun müalicəsi özünəməxsus şəkildə aparılmalıdır.
Onun ətraflı müayinəsi və müalicəsi əvvəlcə Silahlı Qüvvələrin Baş Hərbi Klinik Hospitalında aparılacaq. Elçinin müalicəsinə dəstək olmaq üçün Qəbələ rayon İcra Hakimiyyəti rəhbərliyi və Elçinin ailə üzvləri tərəfindən mənə zəruri şərait yaradılmağından çox məmunam. Onun müalicəsi zamanı hərbi həkimlərlə bərabər, mülki xəstəxanalardan da ən yaxşı həkimlərin müalicə prosesinə cəlb edilməsi təmin ediləcək.
Hərbi Hospitalda müalicə kursu tam başa çatdıqdan sonra isə Elçinin ölkə daxilində ən yaxşı özəl xəstəxanalarda və xaricdə müalicəsi həyata keçiriləcək. Sağlamlığını bizlər üçün düşünmədən fəda edən Qazimiz Elçin Səmədov tam sağlamlığına qovuşanadək əlimdən gələni əsirgəməyəcəm. Allah Elçini xoşbəxt etsin”.azxeber.com

v
  •  (3)
  •  (0)