Ruhani İran xalqından üzr istədibackend

Ruhani İran xalqından üzr istədi

Vəzifəsini təhvil verən İran Prezidenti Həsən Ruhani xalqdan üzr istəyib.

Hokm.az axar.az-a istinadla xəbər verir ki, bu barədə o, Nazirlər Kabinetinin iclasında bəyan edib.

“Çalışdıq ki, siyasətimiz daha az qüsurlu olsun. Əgər hər şeyə rəğmən qüsurlu oldusa, xalq qarşısında üzr istəyirəm”, – Ruhani bildirib.

Onun sözlərinə görə, xalq həyat səviyyəsindən narazıdır və onların da öz həqiqəti var:

“Amma anlamaq lazmdır ki, biz iqtisadi müharibə vəziyyətində olmuşuq”.

Qeyd edək ki, İranda keçirilən prezident seçkilərində İbrahim Rəisi qalib gəlib.

  •  (0)
  •  (0)