Rusiya rublunun ABŞ dollarına və digər aparıcı valyutalara qarşı bahalaşması davam edir.
Hokm.az xəbər verir ki, bu gün birjalarda dollar/rubl məzənnəsi 4 faizdən çox azalaraq 58-59 səviyyəsinə enib.
Mövcud məzənnə 2018-ci ilin birinci rübündən sonra qeydə alınan ən aşağı məzənnədir. Hazırda rubl son 4 ilin ən aşağı məzənnəsi ilə dəyişdirilir.
Rublun bu dərəcədə bahalaşması inzibati tədbirlər və Rusiyanın xarici ticarət vəziyyətinin yaxşı olması ilə əlaqəlidir. Bundan başqa Rusiyanın təbii qazını və digər bəzi mühüm məsullarını milli valyutada satması da rublu bahalaşdırır.
Rusiyanın milli valyutasının bahalaşması əhalisinin sosial vəziyyətinin yaxşılaşmasına kömək edir. Çünki bu halda ölkədə inflyasiya səviyyəsi yüksək olmur, idxal edilən mallar isə daha ucuz başa gəlir.
Yanacaq qiymətləri və Rusiyanın ixrac etdiyi digər məhsulların dəyəri yüksək olduqca rublun möhkəmlənməsi davam edə bilər.Sfera.az