Röyanın keçmiş əri üçüncü dəfə evləndi – FOTObackend

Röyanın keçmiş əri üçüncü dəfə evləndi – FOTO

Əməkdar artist Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov  yenidən ailə qurub.

Hokm.az bildirir ki, o sosial şəbəkədə anası və  həyat yoldaşı ilə fotosunu paylaşıb və “Anam və həyat yoldaşım” şərhini yazıb.

Qeyd edək ki, bu evlilik Anarın 3-c evliliyidir. İlk evliliyindən bir oğlu olan A. Cəlilov 2008-ci ildə Röya ilə ailə qurub və Hüseyn adlı oğlu dünyaya gəlib. Cütlük 2014-cü ildə boşanıb. Röya isə Anardan sonra ailə qurmayacağını bildirib.

A. Cəlilov “Çudo-Peçka” mağazalar şəbəkəsinin rəhbəri, iş adamı Çingiz Cəlilovun oğludur. Son olaraq o, mağazalar şəbəkəsində çalışan işçilərin əmək haqqını verə bilmədiyi və bu səbəbdən ölkədən qaçmağa hazırlaşması xəbərləri ilə gündəmə gəlmişdi.musavat.com

 

  •  (0)
  •  (0)