Ronaldunun bacısından ŞOK AÇIQLAMA: “Ən böyük fırıldaqçılıqdır” – FOTObackend

Ronaldunun bacısından ŞOK AÇIQLAMA: “Ən böyük fırıldaqçılıqdır” – FOTO

İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldunun bacısı Katya Aveyru koronavirus pandemiyası ilə əlaqədar fikirlərini bölüşüb.

Hokm.az xəbər verir ki, Aveyru şəxsi “Instagram”ında qardaşının COVID-19 testinin müsbət çıxmasına reaksiya verib.

“Kriştianu bütün dünyanı oyatmağa kömək etsə, aydın olacaq ki, bu portuqaliyalını Allahın özü göndərib. İnanıram ki, minlərlə insan da mənim kimi pandemiya və ehtiyat tədbirlərini anlayacaq. Bu, həyatımda ən böyük fırıldaqçılıqdır. Mən bu gün bir yerdə “Bəsdirin dünyanı aldatdınız” ifadəsini oxuyaraq alqışladım. Zəhmət olmasa, gözlərinizi açın”, – deyə o bildirib.

Qeyd edək ki, Kriştianu Ronaldoda virus aşkar olunduğu üçün 10 gün özünü təcrid etməli və “Yuventus”un ən azı iki oyununu buraxmalıdır.Publika.az

  •  (0)
  •  (0)