Ronaldu 102-ci qolu ilə azərbaycanlı futbolçunun rekorduna yaxınlaşdıbackend

Ronaldu 102-ci qolu ilə azərbaycanlı futbolçunun rekorduna yaxınlaşdı

Futbol üzrə Portuqaliya milli komandası yoldaşlıq oyununda Andorra yığması ilə qarşılaşıb.

Hokm.az “Report”a istinadən xəbər verir ki, “Eştadiu Da Luj” stadionunda keçirilən oyun Portuqaliya yığmasının 7:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada qollardan birini komandanın kapitanı Kriştianu Ronaldu vurub.

Beləliklə, ulduz futbolçu Portuqaliya yığmasının heyətində artıq 102-ci dəfə fərqlənib.

Qeyd edək ki, Ronaldu İranın futbol yığmasının Azərbaycan əsilli keçmiş oyunçusu Əli Dayinin rekordunu qırmaq üçün milli komandanın heyətində daha 7 qola imza atmalıdır.

  •  (1)
  •  (0)