Ronaldoya qarşı zorlamaya görə açılan cinayət işi bağlandıbackend

Ronaldoya qarşı zorlamaya görə açılan cinayət işi bağlandı

“Yuventus”un hücumçusu Kriştiano Ronaldoya qarşı zorlama maddəsi üzrə açılmış cinayət işi bağlanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, cinayət işi model Ketrin Mayroqanın könüllü təşəbbüsü ilə yekunlaşıb. Bu barədə Las-Veqas məhkəməsi ötən ay qərar çıxarıb.

Xatırladaq ki, Mayroqa Ronaldonun 2009-cu ildə Las-Veqasda gecə klublarının birində ona təcavüz etdiyini iddia etmişdi. Ronaldo isə bu ittihamı qəbul etmirdi.

Hokm.az

  •  (0)
  •  (0)