Ronaldo “Real”a qayıtmağa hazırdırbackend

Ronaldo “Real”a qayıtmağa hazırdır

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo yayda klubu tərk edə bilər.

Hokm.az qol.az-a istinadla xəbər verir ki, 36 yaşlı hücumçu sabiq komandası “Real”a qayıtmağa hazırdır. O, Madrid təmsilçisindən təklif gələcəyi halda bunu nəzərdən keçirəcək.

Ronaldo 2009-18-ci illərdə “Real”da çıxış edib. O, komandanın heyətində toplam 15 kubok qazanıb. Həmçinin portuqaliyalı oyunçu 4 dəfə “Qızıl top”a layiq görülüb.

Qeyd edək ki, Ronaldo bu mövsüm A seriyasında 24 matçda 23 qol vurub və 3 qolun ötürməsini verib.

  •  (0)
  •  (0)