Ronaldo COVID-19-a yoluxub? – NƏTİCƏ AÇIQLANDIbackend

Ronaldo COVID-19-a yoluxub? – NƏTİCƏ AÇIQLANDI

Ronaldo COVID-19-a yoluxub? – NƏTİCƏ AÇIQLANDI

Dünya şöhrətli futbolçu, “Yuventus”un hücumçusu Kriştianu Ronaldu koronavirus epidemiyası ilə bağlı testdən keçib.
Hokm.az bildirir ki, öz ölkəsi Portuqaliyada karantinə alınan 35 yaşlı forvardın testinin nəticəsi açıqlanıb.
Portuqaliya Səhiyyə Nazirliyi Ronalduda koronavirus xəstəliyinin aşkarlanmadığını bəyan edib. Lakin, milli komandanın kapitanı öz klubuna qoşulmaq üçün hələlik İtaliyaya göndərilməyəcək.
Qeyd edək ki, “Yuventus”un müdafiəçisi Daniele Ruqanidə koronavirus xəstəliyi aşkarlandığından, Kriştianu Ronaldu da doğulduğu şəhər olan Funşalda karantinə alınmışdı.medicina.az
  •  (0)
  •  (0)