İtaliya “Roma”sının kapitanı Daniele De Rossi mövsümün sonunda komandadan ayrılacaq.
35 yaşlı futbolçu karyerasını başqa klubda davam etdirəcək. İtaliyalı yarımmüdafiəçi “Roma”da son matçını mayın 26-da İtaliya A seriyasının XXXVIII turunda Romadakı Olimpiya stadionunda “Parma”ya qarşı keçirəcək.
Qeyd edək ki, Daniele De Rossi peşəkar karyerasına 2002-ci ilə “Roma” klubunda başlayıb. O, “canavarlar”ın heyətində 2 ölkə kuboku və 1 ölkə Superkuboku qazanıb. 2006-cı ildə isə De Rossi İtaiya yığması ilə dünya çempionu olub. (report)
Hokm.az
















