Rifaha istqamətlənmiş siyasətbackend

Rifaha istqamətlənmiş siyasət

Azərbaycan Respublikasının Prezident İlham Əliyev cari ilin 25 iyul tarixində Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı çıxış etmiş və bir çox mühüm məsələlərə toxunmuşdur. Prezident qeyd etmişdir ki, son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görülmüş, böyük infrastruktur layihələri icra edilmiş və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qaldırılmışdır.

Rayonların sosial-iqtisadi inkişafı məsələləri daima dövlətin diqqət mərkəzindədir. Belə ki, rayonlarda elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olunmuş, hər bir rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər və digər sosial təyinatlı binalar inşa olunmuşdur.

Ayrı-ayrı rayonlarda müxtəlif infrastruktur layihələrinin davamlı icrası həyata keçirilir. Məsələn, Lerik rayonu sovet vaxtında qazlaşdırılmamışdı. Lakin biz imkan daxilində bütün işləri görməklə insanların rifah halını yaxşılaşdırmağa başlamışıq. Bölgələrdə yeni iş yerlərinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Həyata keçeirilən yeni infrastruktur layihələri iş yerlərinin yaradılmasına xidmət göstərir. Yerli sahibkarlar da bölgələrdə bütün quruculuq işlərində fəal iştirak edir və uğurla müxtəlif işlər görürlər.

Qeyd olunmuşdur ki, ölkədə əhali sürətlə artır. Əgər Azərbaycan müstəqilliyə qovuşanda əhalimiz 7 milyondan bir qədər çox idisə, bu gün onun sayı 10 milyondan çoxdur. Bu, təbii olaraq tələb edir ki, iş yerlərinin açılması prosesi daimi xarakter alsın və ödənişli sosial işlərin yaradılması geniş vüsət alsın. Bu sahədə işlərimiz uğurla davam edir.

Prezident bildirmişdir ki, bir neçə keçmiş icra başçıları cinayət məsuliyyətinə cəlb olunmuş, bəziləri haqqında məhkəmə hökmü verilmiş, bəzilərinin işləri isə hələ də məhkəmədədir. Bu onu göstərir ki, heç kim qanundan üstün ola bilməz və olmayacaqda.

Rayon İcra başçıları daima insanlarla təmasda olmalıdır. İcra başçıları bütün kəndlərdə olmalı, kənd camaatının qayğıları ilə yaşamalı, onları narahat edən problemləri onların dilindən eşitməli və imkan daxilində bu problemləri həll etməlidir. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaqdır. Hər bir İcra başçısı öz fəaliyyətlərində sosial ədalət prinsipinə əməl etməlidir. Ümumiyyələ, ədalət prinsipləri cəmiyyətin əsas prinsiplərindən biridir və sağlam cəmiyyətdə ədalət hökm sürməlidir. Bu bizim əsas məqsədimizidr.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan cəmiyyətində hakimiyyət-xalq həmrəyliyi yaranmışdır. Azərbaycan cəmiyyəti ölkədə gedən prosesləri dəstəkləyir, Prezidentin xarici və daxili siyasəti dəstəkləyir. Çünki bizim siyasətimiz Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilmiş və ölkəmizin beynəlxalq nüfuzunu gücləndirməyə xidmət edir.

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya Universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

  •  (1)
  •  (0)