Rəsulzadənin sürgündə olan qızı və nəvəsi soyuq daxmada donaraq ölürlər – Tarxidə bu günbackend

Rəsulzadənin sürgündə olan qızı və nəvəsi soyuq daxmada donaraq ölürlər – Tarxidə bu gün

29 yanvar 1299-cu il – Osmanlı imperatorluğu elan edilir.

29 yanvar 1916-cı il – Rus ordusu Ərzurum istiqamətində hücuma keçir. Çoxlu sayda günahsız insanlar, o cümlədən Azərbaycan türkləri qətlə yetirilir.
29 yanvar 1918-ci il – Gəncə quberniyası ərazisində çar rejiminə qarşı üsyan başlayır. Üsyançıların bəziləri rejimin yerli məmurları tərəfindən cəzalandırılır…
29 yanvar 1919-cu il – Şuşa , Cavanşir, Cəbrayıl, Zəngəzur qəzalarını əhatə edən, mərkəzi Şuşa şəhəri olan, yeni yaradılan general-qubernatorluğu (Xosrov bəy Sultanov general-qubernator təyin edilmişdi) ermənilər tanımaq istəmir və elə həmin gün Zəngəzurda və Qarabağda ölümlə nəticələnən bir neçə terror aktı törədirlər.
29 yanvar 1942-ci il – Sovet İttifaqı, Böyük Britaniya və İran arasında birgə alyans haqqında saziş imzalanır. Sazişə görə, Cənubi Azərbaycanda SSRİ-nin hərbi kontingenti yerləşdirilir.
29 yanvar 1944-cü il – Azərbaycan Demokratik Respublikasının qurucusu Məmməd Əmin Rəsulzadənin qızı Lətifə və nəvəsi (Lətifənin qızı) Qazaxıstanda, Balacan kəndində sürgündə olarkən gecə vaxtı soyuq daxmada donaraq ölürlər.
29 yanvar 1992-ci il – Xocalıdan sonuncu vertolyot uçur. Xocalı şəhəri tam mühasirədə qalır.
29 yanvar 1992-ci il – Ağdam rayonunun və Ağdam şəhərinin qərbində yerləşən azərbaycanlılar yaşayan kəndlər ermənilər tərəfindən atılan raket atəşlərinə məruz qalır. Çoxlu dağıntılar baş verir. Ağdamda yanacaq doldurma məntəqəsinə düşən raket mərmisinin partlaması nəticəsində 1 nəfər azərbaycanlı həlak olur.
29 yanvar 1992-cü il – Ağdam rayonunun Şelli və Əhmədavar kəndləri istiqamətində erməni silahlıların hücumu zamanı 2 azərbaycanlı həlak olur.
29 yanvar 1994-cü il – Ağdam rayonunun Salahlı kəndi ermənilər tərəfindən işğal edilir.
Cəmil Məmmədli
  •  (0)
  •  (0)