Rəsmi Moskvadan Paşinyanın qələbəsinə REAKSİYAbackend

Rəsmi Moskvadan Paşinyanın qələbəsinə REAKSİYA

“Rusiya Ermənistandakı növbədənkənar parlament seçkisinin nəticələrinin ölkənin inkişafına və Moskva ilə gələcək əlaqələrin möhkəmləməsinə kömək olacağına ümid edir”.

Hokm.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Ümid edirik ki, qanunverici qeydiyyatdan sonra seçki prosesinin nəticələri Ermənistanın mütərəqqi inkişafına, Rusiya-Ermənistan münasibətlərinin daha da möhkəmlənməsinə, eyni zamanda bütün Cənubi Qafqaz bölgəsində sülh, təhlükəsizlik və sabitliyin təmin olunmasına öz töhfəsini verəcək, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarının tam icrası yerinə yetiriləcək”, – deyə Zaxarova bildirib.
Ermənistanda iyunun 20-də keçirilmiş növbədənkənar parlament seçkisinin qalibi Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş sazişi” partiyası olub.

Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş sazişi” partiyası olub. Unikal.org

  •  (0)
  •  (0)