Azərbaycanın hərbi təlimləri planlaşdırılmış xarakterlidir, regionda sabitlik və təhlükəsizlik üçün heç bir risk yaratmır.
Hokm.az axar.az-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi həftəlik brifinqdə bildirib.
Qeyd edək ki, Azərbaycan Ordusu martın 15-də 10 min hərbçinin, 100-ə yaxın tank və başqa hərbi texnikanın iştirakı ilə hərbi təlimlər keçirəcək.
















