Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – VİDEObackend

Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – VİDEO

Azərbaycanda rəsmi iş yeri olmayan şəxslər də sığorta olunan hesab edilir.
Hokm.az ATV-yə istinadən xəbər verir ki, vətəndaşlar icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən yararlanmaq üçün TƏBİB-in tabeliyində olan istənilən dövlət tibb müəssəsinə müraciət edə bilər.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin kordinatoru Pərvin Baxşəliyeva açıqlamasında bildirib ki, rəsmi iş yeri olmayan şəxslərin sığorta haqqı dövlət tərəfindən ödənilir.
TƏBİB-in tabeliyində olan dövlət tibb müəsisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadıqda, vətəndaş verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət edə bilər.
  •  (0)
  •  (0)