2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin I və IV qrup üzrə bakalavriat səviyyəsinə qəbul imtahanlarının cavabları açıqlanıb.
Hokm.az-ın verdiyi məlumata görə, I qrup üzrə imtahan verən Bayramova Əsra Elçin qızı ən yüksək nəticəni əldə edib. Belə ki, o 700 bal toplayanlar sırasına adını yazdırıb. O, bu nəticəni repetitor yanına getmədən əldə edib.
Qeyd edək ki, Ə.Bayramova Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın şagirdidir.
















