“Report” saytı məlumat yayıb ki, “…Hadisə Yasamal rayonunda qeydə alınıb. Səudiyyə Ərəbistan vətəndaşı, 1992-ci il təvəllüdlü Alqatani Mahmud Yasamal Rayon Polis İdarəsinə bununla bağlı müraciət edib. O bildirib ki, ötən gecə müştərisi olduğu Yasamal rayonunda yerləşən “Renaissance Palace Hotel”ə Fidan adlı qadını çağırıb. Qadın oteli tərk etdikdən sonra onun dəyəri 500 manat olan qol saatını oğurlayıb. Hazırda qadın Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən axtarılır”.
Azərbaycanı seks meydanı kimi görən ərəbin həyasızlığı…
Bu xəbər məni çox düşündürdü. Bəli, fərq etməz ki, oğurlanan əşyanın, əmlakın dəyəri nə qədərdir. Amma Bakıya turist kimi gələn ərəbin həyasızlığına baxın ki, o, hələ bir polisə ərizə verir ki, “…ötən gecə müştərisi olduğu “Renaissance Palace Hotel”ə Fidan adlı qadını çağırıb…” və qadından fahişə kimi istifadə edib, sonra qadın oteli tərk etdikdən sonra onun 500 manatlıq qol saatı oğurlanıb.
Burada iki vacib məqam var və Azərbaycanın hüquq mühafizə orqanları, eləcə də ölkə ictimaiyyəti, ölkəmizin mili dəyərlərinə hörmətlə yanaşan hər kəs bilsin: Görün bizim bəzi hotel sahiblərimiz pul qazanmaq üçün (halbuki onların pul qazanmağı üçün kifayət qədər imkanları və maddi resursları var) Azərbaycanın adını batıran hansı hoqqalara imza atırlar! Bu sırada hüquq mühafizə orqanları “Renaissance Palace Hotel”ə fahişəxana kimi baxan o yaramaz ərəb turistin şikayətini araşdırarkən həm də bu otelin sahibindən soruşmalıdırlar: kənar şəxs və ya qadın fahişə bu otelə necə buraxılıb?
“Təzadlar”a daxil olmuş şikayət məktublarında bildirilir ki, Bakıda və Sumqayıtda yerləşən bir sıra otellərə xidmət edən xüsusi taksilər var. Məsələn, hər bir əcnəbi turistə qadın gətirəndə, otel sahibi həmin taxsiyə əlavə 20 manat verir: “…Sonra həmin xanımlar otelin administrasiyasının nümayəndəsi ilə danışıqlara gedir. Ona başa salırlar ki, turistə yaxşı “qulluq göstərsin” və ona bahalı içkiləri sifariş verməyi xahiş etsin, o cümlədən bahalı yeməkləri… Nəticədə məsələn, ərəb turist xanıma 100-150 dollar verirsə, 300-500 dollar da həmin otelin restoranına xərc çəkir…”.
Sual olunur: küçədə veyillənən birisinin cibində narkotik olduğunu “görən” hüquq mühafizə əməkdaşlarımız doğrudanmı Azərbaycanın bu otellərində mili adətlərimizə, şərəf və ləyaqətimizə qara ləkə vuran bu otellərdəki hoqqalardan xəbərsizdirlər?
İnanaq ki, “Təzadlar”ın həyacan təbili çaldığı bu məsələ hörmətli daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun diqqətindən kənarda qalmayacaq. Çünki adi bir jurnalistin apardığı müşahidələri polis əməkdaşlarımız otellərin qarşısında apara bilməzlərmi?
İnanırıq ki, yuxarıda qeyd edilən oğurluq hadisəsini araşdıran Yasamal Pİ-nin təhqiqatçısı da ən azı mili prinsipiallıq nümayiş etdirərək məsələyə həm də mənəvi prizmadan yanaşıb mili təəssübümüzü qoruyacaq. Ən azı o ərəbə sual verəcək ki: ay yaramaz, Azərbaycan sənin üçün Dubay deyil! Bura mili mədəni keyfiyyətləri tarixləşdirən, qoruyub saxlayan bir məmləkətdir. Və təhqiqatçı həmin ərəbin arvadını həmin otelə çağırıb həmin araşdırmanı onun iştirakı ilə aparsa, lap yaxşı olardı. (tezadlar.az)
















