Rektor qohumuna VƏZİFƏ VERDİbackend

Rektor qohumuna VƏZİFƏ VERDİ

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Tədrisin Təşkili və İdarə Olunması Mərkəzinin direktoru vəzifəsinə öz qohumunu təyin edib.

Hokm.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl rektorun müvafiq əmri ilə BDU-da Tədris Departamenti və Tədris Elektron Mərkəzi birləşdirilib. Əvəzində Tədrisin Təşkili və İdarə Olunması Mərkəzi yaradılıb.

Mərkəzin direktoru vəzifəsinə BDU-da tədris hissə müdiri, qohumu Elçin Məmmədov təyin olunub.

Tədris Departamentin və Tədris Elektron Mərkəzinə bundan əvvəl sabiq rektor Abel Məhərrəmova yaxınlığı ilə tanınan Məlahət Müsrət qızı Qurbanova rəhbərlik edib.

  •  (0)
  •  (0)