Rektor Elçin Babayevin həyat yoldaşı ÜSYAN ETDİbackend

Rektor Elçin Babayevin həyat yoldaşı ÜSYAN ETDİ

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin həyat yoldaşı Yazgül Abdıyeva bəzi həkimlərin TV proqramlarına çıxmasına etiraz edib.

Hokm.az xəbər verir ki, Y.Abdıyeva bu barədə öz feysbuk hesabında paylaşım edib. O, bəzi tibb mütəxəssislərinin televiziya proqramlarına çıxmamalı olduğunu qeyd edib:

“Hörmətli həmkarlar! Azərbaycanımızın çox dəyərli həkimləri var. Həkim adı ülvi və təmiz bir ziyalı adıdır. Bu dəyəri hər zaman qorumaq lazımdır !

Son illər (xüsusilə özəl sektorlarda) artıq bəzi təcrübəsi olmayan və xəstəsi olmayan həkimlər üz tuturlar şou tv proqramlarına. Yaxşı və dəyərli həkimlərin şou oyunlarında reklama ehtiyacı yoxdur!

Bu artıq dəb halını alıb. Bu şou reklam sayəsində bəzi həkimlərə çox xəstə sayı gəlir. Sonda nə qədər xəstələrdə fəsad törədərək təcrübə yığırlar. Sonra cəmiyyətdə belə insanlar özünə vurulma xəstəliyinə tutulurlar. “Məndən savadlı həkim yoxdur”, deyə özünə qarşı yüksək qiymətli ideya fikri ilə artıq şan şöhrət xəstəliyinə tutulurlar, digər həkimləri bəyənmirlər. Fəsadlarını gizlədirlər. Olmaz belə, onlar həm özlərini, həm də xəstələri aldadırlar(xüsusilə də bəzi təcrübəsiz göz həkimləri-oftalmoloqlar belə etməməlidirlər). Bu məsələləri Səhiyyə və TƏBİB rəhbərliyi ciddi nəzərdən keçirməlidir”, -deyə paylaşımda qeyd olunub./Sfera.az

 
  •  (1)
  •  (0)