Milli Məclisə növbədənkənar seçkilərdən sonra sosial şəbəkələrdə müşahidə olunan müzakirələr kifayət qədər gərginliyi ilə seçilir. Hokm.az bildirir ki, ötən gün Facebook sosial şəbəkəsində 112 saylı Qax seçki dairəsindən deputatlığa namizədlərin topladığı səslər ətrafında müzakirə zamanı REAL funksioneri Altay Göyüşov küçə etikasına xas ifadələr işlədib.
Belə ki, MSK-nın açıqladığı rəsmi nəticələrə əsasən, 112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd Əhməd Şahidov 4186 səslə rəsmən 2-ci yerdə qərar tutub. Həmin dairədən REAL partiyasının namizədi Şamil Qarəhmədov isə 830 səslə 4-cü yerdədir. Bu barədə paylaşımın altında şərh yazan Altay Göyüşov öz hikkəsini gizlədə bilməyib və Əhməd Şahidovun ünvanına təhqir dolu ifadələr işlədib: “Əgər Qax camaatı Əhməd Şahidova bu qədər səs veribsə, deyiləcək söz qalmır. Onu qədər murdar bir özüdür, bir də Zaqataladan seçdirdikləri Elşən Musayev”.
Görünür, REAL Partiyasının regionlarda yerli camaat arasında hörmət qazana bilməməsini həzm edə bilməyən REAL funksioneri çıxış yolunu təhqirə əl atmaqda görüb.editor.az

















