​Rayonlara gediş-gəliş bağlanır? – Professor AÇIQLADIbackend

​Rayonlara gediş-gəliş bağlanır? – Professor AÇIQLADI

Əgər həddən artıq yoluxma olsa, bu zaman rayonlara gediş-gəliş bağlana bilər.

Bu sözləri Azadinfo.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. O, yoluxma çoxalarsa, yolların təkrar bağlana biləcəyini bildirib:

“Bəli, yoluxma sayında artım müşahidə edilir. Ümumiyyətlə, burada ən mühüm şey karantin qaydalarının şərtləşdirilməsidir. Qapalı yerlərdə qoruyucu maska taxmaq, sosial məsafə gözləmək, əlləri dezinfeksiya etmək lazımdır. Bunlar nə qədər gözlənilmirsə, problem də o qədər çoxalır.

Yəni, əvvəlki azadlıq, əvvəlki rahatlıq olmamalıdır, karantin qaydaları ciddi şəkildə gözlənilməlidir. Bunlar olmadıqca, yoluxma da artacaq”.

  •  (0)
  •  (0)