Rayonlara gediş- gəliş açılır?- AÇIQLAMAbackend

Rayonlara gediş- gəliş açılır?- AÇIQLAMA

Məlumdur ki, Azərbaycanda ümumi karantin rejiminin avqustun 31-də bitməsi nəzərdə tutulur. Son günlərdə koronavirusa yoluxanların sayının sağalanlardan xeyli çox olmasını, bir tərəfdən də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə vəziyyətin davam etməli olduğu çağırışını nəzərə alsaq ölkəmizdə də karantin rejimi yenidən uzadıla bilərmi? Rayonlara gediş-gəliş açılırmı?

Hokm.az xəbər verir ki, bununla bağlı sonxeber.az-a azərbaycanlı professor Adil Qeybulla açıqlama verib:

“Azərbaycan həkimləri İctimai Birliyi karantin qaydaları ilə bağlı təkliflər paketi hazırlayıb. Həmin paketdə yolların açılması, kütləvi toylar və tədbirlərə icazələrin verilməli olduğu qeyd olunub.

Bunların hamısını artıq həyata keçirtmək lazımdır. Əslində payız vaxtı bizim işimizi çətinləşdirən məsələ COVİD-19-a soyuqdəymə xəstəliklərinin qoşulması olacaq. Düşünürəm ki, qarşılaşacaq vəziyyətlə bağlı xüsusi təlimatlar hazırlanmalıdır. Həkimlər birliyi olaraq biz də bununla bağlı təkliflər verəcəyik.

Bu qətiyyət o demək deyil ki, əvvəlki sərt karantin tətbiq edilsin. Sərtləşdirilməyə qətiyyən getmək olmaz. Düşünürəm ki, tədricən sosial həyatın bütün sahələri yumşaldılmalıdır, amma maarifləndirmə işi də aparılmalıdır. Qapalı məkanlarda maskada olmaq, məsafə saxlamaq çox mühüm şərtdir. Yoluxma prosesinin az olması üçün həmin şərtlər gözlənilməlidir. Virus getdikcə zəifləyir. Ona görə də bir müddət karantin qaydalarına düzgün riayət etsək, daha az fəsadlar vэ itkilərlə vəziyyətdən çıxa bilərik”.

  •  (0)
  •  (1)