Rasim Əliyev VƏFAT ETDİ – FOTObackend

Rasim Əliyev VƏFAT ETDİ – FOTO

Azərbaycanın tanınmış memarı və rəssamı Rasim Əliyev vəfat edib.

Hokm.az xəbər verir ki, bu barədə sənətşünaslıq üzrə elmlər doktoru, professor Elçin Əliyev sosial şəbəkədə məlumat verib.

Rasim Əliyev 87 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Gəncə şəhərində anadan olan memar, Naxçıvanda Hüseyn Cavidin qəbri üzərində memarlıq-xatirə kompleksinin, Heydər Əliyev adına Bakı Beynəlxalq və Naxçıvan Hava Limanlarının, Bakının bir neçə metro stansiyalarının, şəhərin əsas parklarının, Azərbaycanın Türkiyədəki Səfirliyinin binasının və digər memarlıq sahəsində özünəməxsusluğu və bənzərsizliyi ilə seçilən layihələrin müəllifi və həmmüəllifidir. R.Əliyev “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edilib.

Paytaxtda mikrorayonların, Əhmədli qəsəbəsinin salınması onun adı ilə bağlıdır.Axşam.az

  •  (0)
  •  (0)