Ramiz Mehdiyevin nəvəsinin toyunda Ombudsmanın gözqamaşdıran sırğaları sərvət dəyərindədir – FOTObackend

Ramiz Mehdiyevin nəvəsinin toyunda Ombudsmanın gözqamaşdıran sırğaları sərvət dəyərindədir – FOTO

Xəbər verdiyimiz kimi, avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib.

Toyda deputat Siyavuş Novruzov və həyat yoldaşı, Ombudsman Səbinə Əliyeva da iştirak edib.Onun toyda geyindiyi libasının “Valentino” brendindən olduğu qeyd edilib.

Ombudsmanın ziyafət geyiminə uyğunlaşdırdığı zinət əşyası göz qamaşdırıb.

Belə ki, Səbinə Əliyevanın sırğaları məşhur İtaliya brendi olan “DAMIANİ”yə məxsus olub və qiyməti 20 min 705 dollardır (35 min 200 manat).

Sırğa çəhrayı rəngli yaqut və brilyant daşlarla bəzədilib.Oxu.az

  •  (0)
  •  (1)