Ramiz Mehdiyevin kürəkəni karantinə zidd olan toyu şərh etmədi: “Biz danışmayacağıq” – VİDEObackend

Ramiz Mehdiyevin kürəkəni karantinə zidd olan toyu şərh etmədi: “Biz danışmayacağıq” – VİDEO

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin   nəvəsinin təmtəraqlı toy mərasiminin videogörüntüsü yayılıb.

Videogörüntüyə yazılan şərhlərdə Ramiz Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev Novxanı qəsəbəsindəki villada qızı Fidan Əliyevaya toy etdiyi bildirilir.

Toy mərasimini əks etdirən videogörüntü sosial şəbəkələrdə etirazlara səbəb olub. Çünki mərasimdə Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu qaydaların heç birinə riayət olunmayıb. Nə sosial məsafə gözlənilib, nə də toya gələn qonaqlar tibbi maska taxıblar. Yalnız qonaqlara xidmət edən ofisiantların maskaları olub.

Etiraz bildirənlər Operativ Qərargahın qoyduğu qaydaların varlı şəxslər tərəfindən pozaulmasına görə cəzalandırılmamasından narazılıq ediblər.

Modern.az-ın əməkdaşı keçmiş deputat İlham Əliyevlə əlaqə saxlayaraq, ondan karantin qaydalarının nə üçün pozulduğuna aydınlıq gətirməsini istəyib.

Sabiq deputat sualları dinlədikdən sonra qısa olaraq belə cavab verib:

“Biz bu barədə danışmayacağıq”.

Qeyd edək ki, yeni növ koronavirus infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkədə kütləvi tədbir, toy və nişan mərasimlərinin keçirilməsi qadağandır.

 

  •  (0)
  •  (1)