AMEA Prezidenti katibliyinin rəisi, siyasi elmlər doktoru Eldar Qurban oğlu Əmirov saxlanılıb.
Unikal.org xəbər verir ki, Eldar Əmirov hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat zamanı tutulub.
Eldar Əmirov bu gün AMEA Prezidenti vəzifəsindən istefa verən Ramiz Mehdiyevin baldızı oğludur.
O, Ramiz Mehdiyevin Prezident Administrasiyasında rəhbər olduğu vaxtlar onun köməkçisi də işləyib.
















