Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin istefa ərizəsi qəbul olunub.
Hokm.az xəbər verir ki, bu barədə AMEA-nın ümumi yığıncağında qərar qəbul edilib. AMEA prezidentinin səlahiyyətləri Birinci vitse-prezident, akademik Arif Həşimova həvalə olunub.
Qeyd edək ki, Ramiz Mehdiyev AMEA-nın prezidenti vəzifəsindən azad olunması ilə bağlı fevralın 14-də ərizə yazıb.
















