AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) keçmiş direktoru Sevil Zülfüqarova Milli Məclisdə işə başlayıb.
Hokm.az konkret.az-a istinadən xəbər verir ki, Sevil Zülfüqarova Milli Məclisin İşlər İdarəsində çalışır.
Qeyd edək ki, S.Zülfüqarova 2020-ci ildə Mərkəzi Elmi Kitabxananın idarə edilməsində və fəaliyyətində yol verdiyi nöqsanlara görə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə MEK-in direktoru vəzifəsindən azad olunub.
19:25
22:30
“Milli Məclisdə Sevil Zülfüqarova adlı əməkdaş işləmir”
Bunu KONKRET.az-a açıqlamasında MM-in mətbuat katibi Mehman Qayıbov bildirib.
Qeyd edək ki, bu gün KİV-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasının keçmiş direktoru Sevil Zülfüqarovanın Milli Məclisdə işə başladığı barədə məlumat yayılıb.
















