Ramiz Mehdiyev ona YÜKSƏK VƏZİFƏ verdibackend

Ramiz Mehdiyev ona YÜKSƏK VƏZİFƏ verdi

AMEA Yüksək Texnologiyalar Parkının baş direktoru vəzifəsinə texnika elmləri doktru, professor Əbülfəz Babayev təyin edilib.

Hokm.az xəbər verir ki, AMEA-nın birinci vitse-prezidenti, akademik Dilqəm Tağıyev baş direktoru kollektivə təqdim edib.

Qeyd edək ki, Əbülfəz Babayev ABŞ Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Beynəlxalq Mühəndislər Akademiyasının həqiqi üzvü, eləcə də Azərbaycan Mühəndislər Akademiyasının həqiqi üzvüdür. Alim 329 elmi əsər, 105 elmi ixtira və patent, 10 dərslik, 8 metodik vəsait və 2 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi altında 6 fəlsəfə doktoru, 1 elmlər doktoru dissertasiyası yerinə yetirilib.

  •  (0)
  •  (1)