Ramiz Mehdiyev AMEA-da yeni vəzifələr yaratdıbackend

Ramiz Mehdiyev AMEA-da yeni vəzifələr yaratdı

Azərbaycan Milli Elmlər Akademiyasının institutlarında Avropa təcrübəsi əsasında baş (ümumi işlər) və icraçı direktor (elmi işlər) vəzifəsi yaradılıb.

Bunu AMEA-nın akademik-katibi, akademik Adil Qəribov deyib.

Elmin təşkili üzrə müəyyən boşluqların olduğunu deyən A.Qəribov bu məqsədlə akademiyada bir sıra islahatlar aparıldığını söyləyib: “Akademiyada aparılan islahatlar hələlik başlanğıcdır. İslahatlar tamamlandıqdan sonra normativ hüquqi aktların və AMEA-nın Nizamnaməsinin yenidən işlənməsi istiqamətində tədbirlər həyata keçiriləcək”. trend

  •  (0)
  •  (0)