Ramiz Əzizbəylinin vəziyyəti ilə bağlı AÇIQLAMAbackend

Ramiz Əzizbəylinin vəziyyəti ilə bağlı AÇIQLAMA

Koronavirusa (COVID-19) yoluxaraq xəstəxanaya yerləşdirilən Azərbaycanın xalq artisti, kino rejissor Ramiz Əzizbəylinin vəziyyəti açıqlanıb.

Hokm.az xəbər verir ki, xalq artistinin ailəsindən “report”a bildirilib ki, R.Əzizbəylinin xəstəxanada müalicəsi davam edir:

“Qızı ilə eyni palatadadırlar. Həkimlər Ramizin vəziyyətinin orta-ağır olduğunu deyirlər. Oksigen verirlər”.

Qeyd edək ki, 72 yaşlı Xalq artisti Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitala yerləşdirilib.

  •  (2)
  •  (1)