Ramiz Əzizbəylinin vəziyyəti ağır olaraq qalır- FOTObackend

Ramiz Əzizbəylinin vəziyyəti ağır olaraq qalır- FOTO

Xalq artisti, kinorejissor Ramiz Əzizbəylidən xəbər var.

Hokm.az xəbər verir ki, aparıcı Hacı Nuran Hüseynov bununla bağlı instaqram hesabında paylaşım edib. O, Xalq artisti ilə fotosunun yayımlayaraq onun səhhəti ilə bağlı bunları yazıb:

“Xalq artisti Ramiz Əzizbəylinin vəziyyəti ağır olaraq qalır. Həkimlərin səyinə baxmayaraq, səhhətində irəliləyiş yoxdur. Yaxınları, doğmalar təşviş içindədir. Uzun illər insultdan əziyyət çəkən sənətkar bir neçə gün əvvəl COVİD-19-a yoluxub. Onsuz da zəif olan orqanizmi əsrin bəlasına baş əydi. Hazırda reanimasiyada olan Ramiz Əzizbəyli üçün bütün xalq dua edir. Bəlkə Tanrı bu dəfə də möcüzə göstərəcək. İllərlə ayaqda qalmaq, yaşamaq üçün mübarizə aparan rejissor Ramiz Əzizbəyli bu bəladan da qurtular. Dua edək, dostlar…”.Metbuat.az

  •  (0)
  •  (0)