Ramiz anası ilə eyni yaşda, eyni xəstəlikdən vəfat edibbackend

Ramiz anası ilə eyni yaşda, eyni xəstəlikdən vəfat edib

Tanınmış aktyor Ramiz Hüseynzadə bu gün Nardaran qəbiristanlığında torpağa tapşırılacaq.

Hokm.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya mərhumun yaxın dostu, həmkarı Məcid Hüseynov məlumat verib. O, dəfnin saat 16:00-da olacağını bildirib.

Aktyorun sözlərinə görə, hadisə sırağagün gecə baş verib. Belə ki, 42 yaşlı R. Hüseynzadənin beyninə qan sızıb, o, təcili olaraq xəstəxanaya aparılıb:

“Sumqayıtda xəstəxanaya yerləşdirilib. Dünən saat 18:55-də orada dünyasını dəyişib. İki-üç gün əvvəl onunla danışmışdım. Anası da təzyiq problemindən əziyyət çəkib. Onunla eyni yaşda, eyni xəstəlikdən vəfat etdi”.

  •  (0)
  •  (0)