Ramin Bayramlını əvəz edəcək şəxs TƏBİB kollektivinə təqdim edildibackend

Ramin Bayramlını əvəz edəcək şəxs TƏBİB kollektivinə təqdim edildi

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra edən Vüqar Qurbanov kollektivə təqdim olunub.Hokm

Hokm.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd edək ki, TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Qurbanova verilib. O, hazırda agentliyin Tibbi iddialar departamentinin rəhbəri vəzifəsini tutur.

  •  (0)
  •  (0)