Rafiq Bayramovla Zakir Sultanovun həbs müddəti uzadıldı – YENİLƏNİBbackend

Rafiq Bayramovla Zakir Sultanovun həbs müddəti uzadıldı – YENİLƏNİB

19:03

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov və Nazirliyin Mədəni İrsin Qorunması Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanov məhkəməyə çıxarılıb.

Hokm.az xəbər verir ki, istintaq onların həbsdə saxlanma müddətinin baş çatmasını nəzərə alaraq məhkəməyə təqdimat verib. Hər iki şəxsin həbs müddətinin artırılması istənilib. Səbail rayon məhkəməsinin hakimi Mədinə Bağırova istintaqın təqdimatını təmin edib. R.Bayramov və Z.Sultanovun həbs mmüddəti daha 3 ay uzadılıb.

Z.Sultanov tikinti işləri üçün ayrılan pullardan milyonluq “otkat”lar almaqda, Rafiq Bayramov isə tabeliyində olan idarələr və musiqi məktəblərindən aylıq on minlərlə manat məbləğində “tas” yığmaqda təqsirləndirilir.

———

18:03

Mədəniyyət nazirinin keçmiş müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Sultanov Zakir İmran oğlu məhkəməyə gətirilib.

Hokm.az Trend-ə istinadən bildirir ki, Səbail rayon Məhkəməsində Rafiq Bayramov və Zakir Sultanov barəsində istintaq orqanının verdiyi təqdimata baxılır.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  •  (0)
  •  (0)