Rafael Ağayevin ayağı sındı: Dünya çempionatında iştirak etməyəcək – FOTObackend

Rafael Ağayevin ayağı sındı: Dünya çempionatında iştirak etməyəcək – FOTO

Karate üzrə Olimpiadanın gümüş mükafatçısı, beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayev BƏƏ-nin Dubay şəhərində keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.
Hokm.az Oxu.Az-a istinadla xəbər verir ki, tanınmış idmançımız fərdi şəkildə məşq edərkən sol ayağı burxularaq sınıb.
Bu səbəbdən də onun 16-21 noyabrda keçiriləcək dünya çempionatında iştirak etməyəcəyi dəqiqləşib.
Rafael Ağayev bu ay Moskvada keçirilmiş Karate1 Premyer Liqa turnirinə də qatılmamışdı.

  •  (0)
  •  (0)